Cəmiyyət

Satıcını ürəyindən bıçaqlayan idmançı yenidən hakim qarşısına çıxır

Sharing is caring!

Bakıda qətl törətməkdə təqsirləndirilən Namiq Səfərov barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət Tahir Kazımovun icraatına verilib.

Artıq ilkin hazırlıq iclası keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Səfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə 2020-ci ilin dekabr ayında baş verib.

Nizami rayon Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə məlumat daxil olub.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Səfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Namiq Səfərov  istintaq ifadəsində qeyd edib ki, Ramal Kazımovun pullarını ələ keçirmək niyyəti olmayıb. Onun sol qolu olmasa da, uşaqlıqdan idmanla məşğul olduğuna görə fiziki cəhətdən özünü zəif hesab etməyib. Hadisə vaxtı ona heç kim kömək etməyib, əksinə, dostu Tale onları yalnız aralamağa çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir