Cəmiyyət

Nicat İmanov: “Qanunvericilikdə bir sıra istiqamətlərdə yeniliklər qüvvəyə minib”

Sharing is caring!

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının Dövlət Vergi Xidmətinə aid iki əsas fəaliyyət istiqaməti var”.

Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bunlardan birincisi iqtisadiyyatın strateji inkişaf sahələrinin stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi təşviqi alətlərindən effektiv istifadə edilməsidir. İkinci istiqamət isə kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsidir:

“Bu çərçivədə ölkədə rəqabət mühitinin qorunması, nağdsız əməliyyatların stimullaşması və əməliyyatlara rəqəmsal nəzarətin genişləndirilməsi və vergi uçotunda şəffaflıq və çevik vergi inzibatçılığının formalaşması nəzərdə tutulub”.

N.İmanov onu da bildirib ki, biznes-dövlət əməkdaşlığı, strateji sənədlərdə nəzərdə tutulan tapşırıqlar,  uğurlu beynəlxalq təcrübələrin vergi sisteminə tətbiqi müasir vergi siyasətinin əsas hərəkətverici qüvvələridir:

“Bu baxımdan qanunvericilikdə bir sıra istiqamətlərdə yeniliklər qüvvəyə minib. Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli qüvvəyə minən qanunu ilə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə bağlı biznesə dəstəyin göstərilməsi, maliyyə institutlarının fəaliyyətinin gücləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, beynəlxalq reytinqlərin ölkənin mövqeyinin qorunması və gücləndirilməsi, kölgə iqtisadiyyatı ilə mübarizənin sistemli etdirilməsi həyata keçirilir”.

Vergi siyasəti və gələcək hədəflərdən danışan N.İmanov bu il yanvarın 1-dən etibarən 10 il müddətində işğaldan azad edilmiş ərazilərin rezidentlərini mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Eyni zamanda iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı üzrə ƏDV-dən azad edilib.

Qeyd edim ki, hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri vergidən azad edilib.

Paralel olaraq aqrar emal fəaliyyəti, habelə kənd təsərrüfatı sektoru üzrə güzəştlər də tətbiq edilib. Belə ki, qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən şəxslərin əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi yeddi il müddətinə gəlir vergisindən, habelə əmlak və torpaq vergilərindən azad edilib. Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir və mənfəət vergisindən azad edilib”.

“Beynəlxalq reytinqdə ölkənin mövqeyinin qorunması – virtual nümayəndəlik, transfer qiymətlərinə nəzarət, birgə yoxlamaların keçirilməsi – daxildir. Əhalinin maliyyə yükünün azaldılması üzrə isə əsas istiqamətlərin tərkibində şəhid ailələrinin əməkhaqqı gəlirlərinə güzəşt, idman yarışları ilə bağlı mükafatlara vergi güzəştlərinin verilməsi dayanır”, – deyə N.İmanov sonda qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir