Cəmiyyət

Ahmet Özdemir: “Azərbaycanlı xilasedicilər axtarış-xilasetmə əməliyyatlarında dəstəklərini əsirgəmirlər”

Sharing is caring!

“Azərbaycandan gələn xilasedicilər Kahramanmaraşda axtarış-xilasetmə əməliyyatlarında bütün qüvvələri ilə öz dəstəklərini əsirgəmirlər”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının Kahramanmaraşdan olan millət vəkili Ahmet Özdemir deyib.

O qeyd edib ki, ən çətin günlərində Azərbaycanla Türkiyə bir-birinə dəstək göstərirlər:

“Zəlzələdən sonra da ilk dəstək təklifini qardaş ölkə Azərbaycan edib. Mən bu dəstəyə görə Azərbaycana təşəkkürümü bildirirəm”.

Türkiyəli millət vəkili bildirib ki, hazırda Kahramanmaraşın Azərbaycan bulvarı küçəsində qardaş ölkənin xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər:

“Burada dağıntıya məruz qalan binalar həddən artıq çoxdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir