Cəmiyyət

Türkiyə üçün toplanan yardımları aparacaq iki TIR sabah Azərbaycandan yola düşəcək – FOTO

Sharing is caring!

“Türkiyədə baş verən yeraltı təkanlar səbəbindən yaşayış yerləri dağılan və küçələrdə qalan əhaliyə yardım məqsədilə başladılan yardım kampaniyası çərçivəsində toplananlar TIR-lar vasitəsilə Türkiyəyə göndəriləcək”.

Bu barədə Oxu.Az-a açıqlamasında yardım kampaniyasının qrup rəhbərlərindən biri Ferhad Çeğil məlumat verib.

O bildirib ki, “Qardaş köməyi platforması” çərçivəsində hazırda dörd ayrı məntəqədə yardım kampaniyaları davam edir:

“Paytaxtın Səməd Vurğun küçəsi, “Peynirci Baba” (Göy məscidin yanında); Ağ Şəhər “Yaşıl ada” nömrə 2; “Aqro Terminal” Salyan şosesi, Binə Bazarının 14-cü sırası ilə üzbəüz və Ziya Bünyadov prospekti, Xarici Dairəvi küçəsi, 2038-ci məhəllə (73 saylı məktəbin yanı) olmaqla dörd ayrı ərazidə yardım kampaniyaları toplanır. Toplanan yardımlar Binəyə, oradan isə TIR-lara yüklənərək Türkiyəyə göndəriləcək”.

Kampaniya çərçivəsində paytaxtın Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında toplanan yardımlar barədə məlumat verən kampaniyasının digər bir qrup rəhbəri Cengiz Aygör bildirib ki, artıq əşyaların TIR-lara yığılma prosesi başlayıb:

“Sabah səhər saatlarında yardım kampaniyasında toplanan əşyalarla dolu iki TIR Türkiyəyə yola salınacaq. Kampaniya çərçivəsində toplananların siyahısı hazırlanır, bu barədə hələ yekun məlumat yoxdur. Lakin kampaniya ehtiyac olduğu müddətcə davam etdiriləcək. Hər kəsə təşəkkür edirik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir