Cəmiyyət

Olimpiadada uğur qazanan 15 yaşlı məktəbli – VİDEO

Sharing is caring!

İsmayıllıdan olan 15 yaşlı  məktəbli Emil Ağamirzəyev Azərbaycanı dünyanın ən nüfuzlu bilik yarışında təmsil edərək böyük uğur qazanıb.

Emil bu yarışa çox böyük həvəslə hazırlaşdığını deyib. O, bir neçə dəfə Azərbaycanda keçirilən bilik yarışlarında ən yüksək nəticə göstərdiyi üçün dünya olimpiadasına qatılıb.

Emil hər qatılığı yarışda bilik və bacarığını təkmilləşdirib, bu sahədə qarşısına qoyduğu bütün öhdəlikləri layiqincə yerinə yetirib.

Sonuncu dəfə Türkiyənin İstanbul şəhərində 45 ölkənin iştirakı ilə baş tutan və ingilis dilində 4 fənn üzrə keçirilən olimpiadada 6-cı yerə layiq görülüb. Onu ilk təbrik edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov olub.

Emilin təhsil aldığı İsmayıllı rayon Talıstan kənd məktəbi yüksək nəticəsi olan məktəblərdəndir. Müəllimləri onun çalışqan şagird olduğunu deyiblər.

Azərbaycanda bir ilkə imza atan gənc məktəbli indi öz uğuru ilə hər kəsin diqqət mərkəzindədir. Gecə-gündüz çalışan Emil əldə etdiyi uğurda müəllimlərinin böyük rolunun olduğunu deyib.

Gələcəkdə hüquqşünas olmaq istəyən Emil Ağamirzəyev Azərbaycanı yüksək platformalarda təmsil etmək arzusundadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir