Cəmiyyət

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb

Sharing is caring!

“Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlərin ilkin mərhələsi fevralın 5-də başa çatıb”

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

O bildirib ki, siyahıların dəqiqləşdirilməsi prosesi adətən bir neçə mərhələdən ibarət olur: “Artıq ilkin mərhələ başa çatıb. Məntəqə seçki komissiyaları və müvafiq dövlət qurumları hər bir məntəqə üzrə seçici siyahılarını dəqiqləşdirərək Dairə Seçki Komissiyalarına təqdim etməlidir.

MSK-nin bu işlərə indiki mərhələdə müdaxiləsi nəzərdə tutulmur. Lakin istənilən halda məsələ ilə bağlı müvafiq şöbələrə göstərişlər vermişəm ki, yerlərlə əlaqə saxlasınlar. Naxçıvanda da proseslər davam edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir