Cəmiyyət

Vedat Şahin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olub – FOTO

Sharing is caring!

Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri, professor Vedat Şahin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) olub.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı qarşılıqlı əməkdaşlıq, elmi araşdırmalar və kadr yetişdirilməsi haqqında müzakirələr aparılıb.

Toplantıda iştirak edən səhiyyə nazirinin müavini İlqar Qasımov Vətən müharibəsi günlərində edilən hərtərəfli dəstəyə görə Türkiyə Respublikasının Ortopedi və Travmataloji heyətinə təşəkkürünü bildirib.

Görüşdə 441 müəllif tərəfindən yazılan və professor Vedat Şahin tərəfindən nəşr edilən Travmatalogiya və Ortopediyanın əsasları haqqında 3 cildlik tədris kitabı instituta hədiyyə edilib.

Sonda qonaqlar ETTOİ-nin əməliyyatxana bloku, Artroplastika və artoskopiya şöbəsi ilə tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir