Cəmiyyət

Bakıda “Prius” aşıb: Ölən və yaralanan var – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

“Toyota Prius” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə maşını əvvəlcə ağaca, daha sonra mağazaya və yol nişanına çırpıb. Zərbənin gücündən avtomobil aşıb, sərnişin – 1991-ci il təvəllüdlü Arif Rəhimli ağır bədən xəsarətləri alıb. Digər sərnişin isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Qəzanı törədən sürücü saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir