Cəmiyyət

Övladını müalicə etdirmək üçün Lənkərandan Bakıya gələn ana fəryad edir: “Yardıma ehtiyacımız var” – FOTO

Sharing is caring!

11 yaşlı Sabir Mustafayevin sizin yardımızına ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Mustafayeva məlumat verib.

O bildirib ki, oğlu Sabir dekabrın 26-sı evdə sobanı yandırmaq istəyərkən yanıb.

“Sabirin 11 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb. Bədənində üzü və bir qolu çıxmaqla demək olar hər yeri yanıb. Dekabrın 26-sı Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya gətirməyə məcbur olduq. Həkimlər Sabirin vəziyyətinin ağır olduğu üçün üç dəfə əməliyyat edilməli olduğunu deyir”.

Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır.

“Yoldaşım bir il əvvəl həbs edilib. Həbs edilməzdən əvvəl evdə hər şeyi satıb. Övladımı müalicə etdirə bilmək üçün satmağa da heç nəyim qalmayıb. Övladımın əməliyyatdan sonra reabilitasiya prosesi üçün 3 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma kömək etməklərini xahiş edirəm”.

Ailə ilə əlaqə: 077-316-71-93 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir