Cəmiyyət

Vətəndaşlar 5 saylı Şəhər Klinik Xəstəxanasından niyə şikayət edirlər? – AÇIQLAMA

Sharing is caring!

Bakının 5 saylı Şəhər Klinik Xəstəxanasında lentə alınan videogörüntülər müzakirələrə səbəb olub. 

Vətəndaş tərəfindən çəkilən görüntülərdə xəstəxananın qeydiyyat şöbəsindəki izdiham əks edilib. 

Belə ki, xəstəxanada pasiyentlərin qeydiyyat şöbəsində həddən artıq uzun müddət qalması qınanılıb. Xəstəxanaya gələn pasiyentlərin hər birinin səhhətində müxtəlif problemlərin olduğunu nəzərə alsaq, heç kim bu qədər müddət ayaq üstə dayanıb növbə gözləyə bilmir. Belə uzun növbəyə səbəb isə qeydiyyat şöbəsində işçilərin sayının azlığıdır, bunla bağlı heç bir tədbir görülmür.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ixtisaslı həkimlərə müraciət sayında kəskin artım müşahidə olunur:

“Vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək üçün onlar birbaşa ixtisaslı həkimə müraciət edə bilirlər. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur. Bunu tənzimləmək üçün gələcəkdə randevu, onlayn şəkildə qeydiyyat sisteminin yaradılması müzakirə olunur”.  

Məlumatda o da qeyd edilib ki, vətəndaşların birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, həmçinin növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda da ola bilərlər:

“Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə yönləndirəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına qənaət edəcək. Ailə həkiminin təyinatı olmadan xəstə sağlamlıq vəziyyətini düzgün qiymətləndirməyə bilər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir