Cəmiyyət

Cəlilabadda təndirxana yanıb – FOTO

Sharing is caring!

Cəlilabadda təndirxana yanıb.

“Report”un məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində, 1963-cü il təvəllüdlü Nadir Şükürova məxsus təndirxanada qeydə alınıb.

Belə ki, ümumi sahəsi 15 kvadratmetr olan təndirxananın yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb. Həmçinin yüksək temperaturdan yaxınlıqda onun qardaşı Rizvan Şükürova məxsus ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Yanğın Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir