Cəmiyyət

Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib

Sharing is caring!

Ötən sutka ərzində 17 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib, Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi nəticəsində 1 nəfər yanıq xəsarətləri alıb. Həmçinin, Qaradağ rayonunda dəmiryolu xəttində qatarın altında qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir