Cəmiyyət

Mübariz Qurbanlı: “Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisəni qınayırıq”

Sharing is caring!

“Tehrandakı Azərbaycan səfirliyində baş verən hadisəni qınayırıq. Bu bir cinayətdir, terror aktıdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu cinayətə görə İran hökuməti məsuliyyət daşıyır:

“Mən əminəm ki, Azərbaycanın tələbləri, İran hökumətinin bu cinayəti törətdiyinə dair faktların ortada olması, cinayətkarların cəzalandırılmasına gətirib çıxarmalıdır. Biz buna əminik. Azərbaycanın dini cameəsi, eləcə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi də bu cinayəti qətiyyətlə pisləyir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir