Cəmiyyət

Bakıda restoranda əcnəbinin pulu və bank kartları oğurlanıb

Sharing is caring!

Bakının Nərimanov rayonu ərazisində yerləşən restoranların birində əcnəbi vətəndaşın içərisində 160 manat, 500 türk lirəsi, 950 ABŞ dolları, 55 avro və bank kartları olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Saatlı rayon sakini Elbrus Novruzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir