Cəmiyyət

Azərbaycanda intihar halları azalıb

Sharing is caring!

“Ötən il Azərbaycanda intihar halları azalıb”.

Oxu.Az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, 2021-ci illə müqayisədə hesabat dövründə baş vermiş intihar hadisələrinin sayında azalma müşahidə olunur:

“Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 46 cinayət işi başlanılıb, onlardan altısı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 2021-ci ildə isə özünü öldürmə həddinə çatdırma ilə bağlı daha az cinayət işinin məhkəməyə göndərildiyi vurğulanıb”.

“Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının iştirak etdikləri İşçi qrupun həyata keçirdiyi tədbirlərin diqqət mərkəzində saxlanılmasının önəmi bildirilib”, – baş prokuror vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir