Cəmiyyət

Son günlər geniş yayılmış virusdan necə qorunaq? – AÇIQLAMA

Sharing is caring!

“Virusdan qorunmağın ən optimal yolu peyvəndlərdir. Xüsusilə də uşaqlar üçün profilaktik qorunma üçün ən effektiv vasitədir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə tibbi maskadan istifadə edilməsi önəmlidir:

“Eyni zamanda əlləri tez-tez yumaq, otağın havasını dəyişmək də profilaktik qorumaya daxildir”. 

Ə.Quliyev onu da əlavə edib ki, həkim məsləhəti olmadan valideynlərin müalicə metodu kimi uşaqlara vitamin, sirop və ya təbii otlardan istifadə etməsi də düzgün deyil:

“Özbaşına müalicə başqa problemlər yarada bilər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir