Cəmiyyət

Bakıda qadın üç mağazadan və bir gözəllik salonundan oğurluq edib

Sharing is caring!

Bakıda qadın üç mağazadan və bir gözəllik salonundan oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində üç mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birindən isə işçinin çantasından içərisində 1550 manat, sənəd, bank kartları və mobil telefonu olan pulqabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir