Cəmiyyət

Qadın 21 gündür itkin düşüb – FOTO

Sharing is caring!

Abşeron rayonunda ər arvadını axtarır.

Baku.ws xəbər verir ki, bu barədə Abşeron Rayon Polis İdarəsinə şikayət daxil olub.

Belə ki, 34 yaşlı Hüseynova Səfurə Sədr qızı yanvarın 4-də Masazır qəsəbəsindəki evindən çıxaraq bir daha geri qayıtmayıb.

Onun boyu 160 sm-dir, arıq bədən quruluşludur. Saçları qara, gözləri qəhvəyi rəngdədir.

O, evdən gedərkən 100 manat pul və şəxsiyyət vəsiqəsini özü ilə aparıb.

Səfurə Hüseynovanın yerini bilənlərdən Abşeron Rayon Polis İdarəsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir