Cəmiyyət

Suraxanıda azyaşlını avtomobil vurub

Sharing is caring!

Bakının Suraxanı rayonunda yeddi yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report”un məlumatına görə, 2016-cı il təvəllüdlü Y.Nəcəfli yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir