Cəmiyyət

Bakıda mebel sexindən 6000 manatlıq oğurluq edilib

Sharing is caring!

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən 6000 manat dəyərində təmir alətləri və elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini Samir Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir