Cəmiyyət

Kəskin leykozdan əziyyət çəkən Vəfalının anası: “Müalicə üçün hər şeyimizi satmışıq” – FOTO

Sharing is caring!

15 yaşlı Vəfalının sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Afaq Quliyeva məlumat verib.

O bildirib ki, oğlu iki ildir kəskin Mieloblast leykemiya (kəskin leykoz) xəstəliyindən əziyyət çəkir. 

“Vəfalın iki ildir kəskin leykozdan əziyyət çəkir və müalicə alır. Sonuncu kurs müalicəsinin yeddinci ayında xəstəlik yenidən qayıdış göstərdi. Ona görə də müalicə üçün daha ağır protokola keçmişik”.

Afaq Quliyeva bildirib ki, hazırda özü də, yoldaşı da işsizdir.

“Özümüz kirayədə yaşayırıq. Bu günə qədər hər şeyimizi Vəfalının müalicəsi üçün satmışıq. Amma hazırda heç nəyimiz yoxdur, bir müddətdir yoldaşım da işsizdir. Ona görə də müalicəni davam etdirə bilmirik. Vəfalının hazırda müalicəsi üçün 2 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma kömək etməklərini xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 455 31 59

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir