Cəmiyyət

Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər – FOTO

Sharing is caring!

Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olunmuş 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan könüllüləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, ümumilikdə ölkənin aparıcı könüllü təşkilatlarından 300-dən çox könüllünün və təşkilat rəhbərlərinin iştirak etdiyi ziyarətdə Vətənin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edilib, Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

20 Yanvar şəhidlərinin qəhrəmanlığı yolunda inamla addımlayan xalqımız həm dövlət müstəqilliyini əldə etmiş, həm Ulu Öndər Heydər Əliyevin sayəsində bu müstəqilliyi möhkəmləndirmiş, həm də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sayəsində ərazi bütövlüyümüzü bərpa edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir