Cəmiyyət

DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

Sharing is caring!

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsini dərin ehtiramla yad edib, məzarlarına qərənfillər düzüb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, sonra xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir