Cəmiyyət

Beyləqanın Talıbxanlı qəsəbəsinə gedən yol təmir ediləcək – VİDEO

Sharing is caring!

Beyləqanda sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayət ediblər.

Bu barədə Oxu.Az-ın redaksiyasına Beyləqan rayonu Yeni Mil (Talıbxanlı) qəsəbə sakinləri tərəfindən şikayət daxil olub. Şikayətdə qeyd edilir ki, yol o qədər pis vəziyyətdədir ki, yayda toz-torpaqdan, qışda palçıqdan keçmək olmur:

“Bu kənddə Vətən uğrunda canını verən 17 şəhid ailəsi yaşayır. Aidiyyəti qurumlara dəfələrlə bu barədə məlumat vermişik, çox acınacaqlı vəziyyətdir. Hər kəs bu yolla hərəkət edir, palçığın içərisində. Bu gölməçələrdən maşın keçmir, uşaqlar necə etsin? Uşaqlar hər gün palçığın içində, uzunboğaz çəkmələrdə məktəbə gedirlər. Şəhid ailəsini ziyarətə gələnlər belə zülm çəkirlər. Hələ qabaqda soyuq havalar var, yollar olduqca bərbad vəziyyətdədir”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, Beyləqan rayonu Talıbxanlı qəsəbəsinə gedən üç kilometr uzunluğunda yol qurumun balansına daxildir:

“Bu yolun əsaslı şəkildə yenidən qurulması üçün aidiyyəti qurumlara məlumat verilib. Bu dövlət proqramına salınıb, maliyyə vəsaitinin ayrılması gözlənilir. Yenidənqurma işləri üçün vəsait ayrıldığı zaman həmin yolda işlərə start veriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir