Cəmiyyət

Bakıda liftin şaxtasına düşən 55 yaşlı kişi öldü

Sharing is caring!

Bakıda yaşayış kompleksində liftin şaxtasına düşmüş kişi 5 gün sonra ölüb.

“Report” xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, 6B ünvanında inşa olunan “Dream Tower” yaşayış kompleksində çalışan 55 yaşlı Xankişiyev Arazxan Tərxan oğlu yanvarın 14-də liftin şaxtasına düşüb və ağır xəsarətlər alıb.

O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Xankişiyev orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir