Cəmiyyət

Gədəbəydə yanacaq daşıyan avtomobil yanıb – FOTO/VİDEO

Sharing is caring!

Ötən gecə saat 01:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə  Gədəbəy şəhərində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 32 ton həcmində dizel yanacağı daşıyan, vətəndaşa məxsus “Shacman” markalı daşıyan avtomobilin kabinə hissəsində baş verdiyi və hər an yanacaq çəninə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kabinədəki yanğın qısa müddətdə söndürülərək yanacaq çəninə keçməsinə və böyük fəsadlarla nəticələnməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb, avtomobilin qalan hissəsi, o cümlədən yanacaqla dolu çəni yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir