Cəmiyyət

Bakıda qatar avtomobillə toqquşdu: Xəsarət alan var

Sharing is caring!

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.

Yük qatarı 1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlunun idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsini vurub.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir