Cəmiyyət

Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlandı

Sharing is caring!

Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son bir həftə ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir