Cəmiyyət

Azərbaycanda daha 77 nəfər COVID-19-a yoluxub, dörd nəfər ölüb – FOTO

Sharing is caring!

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 98 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan dörd nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 377 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 861 nəfər müalicə olunaraq sağalıb, hazırda 467 aktiv xəstə var. Bu günə qədər 10 049 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 210, bu günə qədər isə ümumilikdə 7 457 880 test icra olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir