Cəmiyyət

Bakıda suşi sərgisi – FOTOREPORTAJ

Sharing is caring!

Bakıda, Daş Salnamə Muzeyində Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Suşini sevirəm” adlı sərginin açılış mərasimi olub.

Sərgi yanvarın 22-dək davam edəcək. 

“Suşini sevirəm” adlı sərginin əsas məqsədi Yaponiya mətbəxində daha çox məşhur olan suşini dünyada tanıtmaq və təqdim etməkdən ibarətdir.  

Doqquz gün ərzində balıq fiqurları, təamların nümunələri, videolar və interaktiv görüntülər çoxşaxəli şəkildə sərgi iştirakçılarına təqdim olunacaq. Hətta Yaponiyada da çox nadir hallarda rast gəlinən bəzi suşi növlərini bu sərgidə görmək mümkündür. 

Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilən suşi (vaşyoku) Yaponiya mətbəxində əsas rol oynayır və gözəlliyi, dadı, həmçinin sağlam qida sayıldığından dünyanın bir çox ölkələrində sevilir. 1000 ildən çox tarixi olan suşi Yaponiyanın təbiətinə, iqliminə və həyat tərzinə uyğun olaraq unikal dəyişikliyə məruz qalıb.

PhotoStock.az-ın sərgidən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir