Cəmiyyət

“28 May” stansiyasının qarşısında dava olub, xəsarət alan var

Sharing is caring!

Bakının Nəsimi rayonunda, metronun “28 May” stansiyasının qarşısında dava zamanı bir nəfərin qolu sınıb.

“Report”un məlumatına görə, 1979-cu il təvəllüdlü Səmədov Ramil Nəsib oğluna dava zamanı dəmir küt alətlə ağır xəsarət yetirilib.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir