Cəmiyyət

Xaçmazda çoxmərətəbəli binanın dam örtüyü uçdu – FOTO

Sharing is caring!

Xaçmazda çoxmərətəbəli binanın dam örtüyü uçub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çoxmərətəbəli binanın dam örtüyünün bir hissəsinin uçması barədə məlumat daxil olub.

Əraziyə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən güclü külək nəticəsində beşmərtəbəli, dördbloklu yaşayış binasının iki blokunun dam örtüyünün qoparaq yerə düşdüyü və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görərək insanların təhlükəsizliyini təmin ediblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir