Cəmiyyət

Xocavənddə partlayış: Ölən var

Sharing is caring!

Xocavənddə əlində sursat partlayan şəxs ölüb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə rayonun Ağburun adlanan ərazisində baş verib.

Belə ki, orada heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması ucbatından partlayış baş verib. Nəticədə o, hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir