Cəmiyyət

Bəsitçay qoruğunun bərpası ilə əlaqədar 30 hektara yaxın ərazi minalardan təmizlənib

Sharing is caring!

Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpası istiqamətində görülən işlər çərçivəsində həmin ərazilərin minalardan təmizlənməsi işləri davam edir.

“Report” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, artıq 30 ha ərazi minalardan təmizlənib: “Aidiyyəti qurumların nümayəndələri əraziyə bir neçə dəfə səfər ediblər. İlkin inventarlaşma işləri həyata keçirilib və dəymiş ziyanın məbləği müəyyənləşib. Nazirlik qoruğun işçi ştat cədvəlinin hazırlanması, mühafizə postlarının yerləşəcəyi ərazinin müəyyənləşməsi, xəritələri tərtib edib. Qoruğun yaradılması istiqamətində görülən işlər mərhələli şəkildə davam edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir