Cəmiyyət

Müharibə ilində Ukraynada yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Sharing is caring!

Keçən il Azərbaycanın 2 307 vətəndaşı Ukraynada müvəqqəti və daimi yaşayış icazəsi alıb.

Bu barədə “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 806 nəfəri ilk dəfə daimi yaşayış icazəsi alanlardır:

“Müvəqqəti yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının sayı isə 1 501 nəfər təşkil edib”.

Qeyd edək ki, Ukraynada 2022-ci ilin fevralından Rusiyanın hücumu nəticəsində genişmiqyaslı müharibə gedir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir