Cəmiyyət

Ağcabədi sakini Bakıdan apardığı külli miqdarda heroinlə saxlanıldı – FOTO/VİDEO

Sharing is caring!

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər nəticəsində dekabr ayında 11, yanvar ayında isə 6 nəfər saxlanılıb və onlardan ümumilikdə iki kiloqrama yaxın müxtəlif adda narkotik götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Əli Qurbanov saxlanılıb.

Axtarış zamanı ondan bir kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilib. Dindirilərkən o, narkotik vasitəni Bakı şəhərindəki ərazidən götürərək yaşadığı ünvana gətirdiyini etiraf edib.

Ə.Qurbanovdan başqa, keçirilmiş tədbirlərlə dekabr və yanvar aylarında daha 16 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıb. Həmin şəxslərdən də müxtəlif çəkilərdə narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir