Cəmiyyət

DGK: “İdxal olunan malların ƏDV-dən azad olunması marağımızdadır”

Sharing is caring!

“İdxal olunan malların ƏDV-dən azad olunması bizim də marağımızdadır”.

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi Əsgər Məmmədov bildirib.

Onun sözlərinə görə, lakin hər bir azadolma büdcə üçün itkiyə səbəb olur.

“Məqsədimiz tezliklə rəqəmsal gömrüyün qurulmasıdır. İstəyirik ki, mallar ölkəyə daxil olmamışdan əvvəl elektron qaydada bizim sistemə daxil olsun. Ötən il ilk dəfə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmaların həcmi 5 milyard manatı ötüb. ƏDV üzrə daxilolmalar isə 4 milyard manatı ötüb. Dövlət büdcəsinə isə plandan 1 milyard manatdan artıq vəsait ödənilib “, – deyə Əsgər Məmmədov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir