Cəmiyyət

Azərbaycanda daha 69 nəfər COVID-19-a yoluxub, dörd nəfər vəfat edib – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən dörd nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 434 nəfər müalicə olunaraq sağalıb, 10 027 nəfər vəfat edib, aktiv xəstə sayı 532 nəfərdir.

Ölkədə son sutka ərzində 2 503, hazırkı dövrədək isə 7 447 795 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir