Cəmiyyət

“Azərbaycan Dəmir Yolları”nda daha bir kadr dəyişikliyi olub

Sharing is caring!

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “Dəmiryolservis” MMC-nin direktoru Əliəşrəf Lütvəlibəyov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Ədalət Bağırova həvalə olunub.

Xatırladaq ki, “ADY Servis” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır. 

Qeyd edək ki, yanvarın 9-u “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Servis” MMC-nin direktoru Ələddin Şıxəliyev vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik Fərid Hüseynova həvalə olunub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir