Cəmiyyət

Bakıda quşçuluq sexində yanğın olub

Sharing is caring!

Bakıda quşçuluq sexində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 400 kvadratmetr olan fəaliyyət göstərməyən quşçuluq sexinin içərisində 150 kvadratmetr sahəyə səpələnmiş taxta yonqarı yanıb.

“Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir