Cəmiyyət

Kəskin hava şəraitində insanlar nələrə diqqət etməlidirlər? – FOTO

Sharing is caring!

“Havaların kəskin dəyişməsi insanların fizioloji və psixoloji vəziyyətinə hər zaman təsir göstərir”.

Bu sözləri kəskin hava dəyişkənliyi ilə əlaqədar Oxu.Az-a açıqlamasında terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, sağlam insanlarda adaptasiya prosesi çox sürətlə getdiyi üçün hər hansı bir patoloji hal yaşamırlar:

“Uşaqlar, xüsusən körpələr, hamilə qadınlar, yaşlılar və ağır xroniki xəstəlikləri olan pasiyentlərimiz hər zaman bu cür hava dəyişkənliyindən əziyyət çəkirlər. İlkin olaraq altda yatan xəstəlikləri kəskinləşir. Ürək-damar, şəkərli diabet, tənəffüs yolları və allergik xəstəliklərdən əziyyət çəkən insanlarda bu xəsətəliklər provokasiya olunur. Qıcıqlandığı üçün kəskinləşmə dönəminə daxil olurlar”.

S.Hacıyev qeyd edib ki, xəstəliklərdən qorunmaq üçün mövsümə uyğun qidalanmalıdırlar:

“Soyuq qış aylarında çox rast gəlinən xəstəlik yuxarı və aşağı tənəffüs yolları virus infeksiyaları olur. Bunlar adenovirus, influenza, koronavirus infeksiyalarıdır ki, bir müddət sonra müalicə olunmasa, bakteriyalar vəziyyəti ağırlaşdıra bilər. Bu da pnevmoniya kimi ağır xəstəliklərə gətirib çıxarar.

Sadalanan fəsadlardan qorunmaq üçün insanlarımız bayıra çıxarkən mövsümə uyğun geyinməli, qidalanmalıdırlar. Mədə-bağırsaq sistemində xəstəliyi olmayanlar xəmir xörəklərindən, ədviyyatlardan, isti yeməklərdən, sarımsaq kimi tərəvəzlərdən istifadə etməlidirlər”.

Həkim əlavə edib ki, insanlar qış aylarında gün ərzində bir litr yarım isti maye qəbul etməlidirlər:

“İdmana xüsusilə diqqət etməlidirlər. Günün ən azı bir saatını idmana həsr etməlidirlər. Yuxu rejimi normasında olmalıdır. Hər hansı bir zökəm əlamətlərində də C, D vitaminləri, sink, selen  kimi mikroelementlərdən istifadə etməlidirlər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir