Cəmiyyət

“Yeni klinika”da yüksək vəzifəyə TƏYİNAT

Sharing is caring!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib. 

Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, İlqar Mustafayev “Yeni klinika” tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, 2015-2019-cu illərdə “German” Hospitalda baş direktor,  2021-2023-cü illərdə isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində inzibati işlər üzrə müavin vəzifələrində çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir