Cəmiyyət

Doqquz yaşlı Ülvinin nənəsi: “Müalicələri getsin deyə nəyim var, nəyim yox satmışam” – FOTO

Sharing is caring!

2014-cü il təvəllüdlü İsmayılov Ülvi Araz oğlu kəskin limfoblast leykozdan (qan xərçəngi) əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun nənəsi Cəfərova Vəfa Akif qızı məlumat verib.

O bildirib ki, nəvəsi 2020-ci ildən bu xəstəliklə mübarizə aparır:

“Ülvi xərçənglə yanaşı hepatit C-dən də əziyyət çəkir. Özümüz kirayədə yaşayırıq, evdə tək işləyən Ülvinin anasıdır. Həm kirayə, həm müalicə xərclərini çatdıra bilmirik. Bu günə qədər müalicələri getsin deyə nəyim var, nəyim yox satmışam, amma indi satmağa da heç nəyim qalmayıb. Ülvinin müalicəsi üçün 3 500 manata ehtiyacımız var. İmkanlı şəxslərdən nəvəmə yardım etmələrini xahiş edirəm. Ona nəsə olsa, inanın ki, mən ölərəm”.

Ailə ilə əlaqə üçün: +994 77 571 42 22 (Nənəsi Vəfa xanım)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir