Cəmiyyət

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldülər

Sharing is caring!

Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat ediblər.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyalarını dəyişiblər. 

Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.

Qeyd edək ki, F.Bayramoğlunun iki yaşlı qızı qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir