Cəmiyyət

Bakıda təhlükə mənbəyi olan ağac budandı – FOTO

Sharing is caring!

Bakıda ağac sakinlərə təhlükə yaradıb. 

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə qeyd edilib. Söhbət paytaxtın Nəriman Nərimanov rayonu Ağa Nemətulla küçəsi 61 ünvanından gedir. Sakinlər ağacın təhlükə yaratması səbəbindən aidiyyəti qurumlar tərəfindən ya kəsilməsini, ya da budanmasını istəyirlər. 

Qeyd olunur ki, ağacın ağırlığı sakinlərdən birinə məxsus hasarın çatlamasına da səbəb olub. 

Məsələ ilə bağlı günlərlə Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Rəsmi saytlarında yerləşdirilən telefon nömrələrinin bir çoxu ilə əlaqə yaratmağa çalışsaq da, dəstəyi qaldırıb cavab verən olmadı. Rəsmi elektron poçt ünvanlarına sorğu ünvanladıq, yenə də cavab ala bilmədik. 

Buna rəğmən, yekun nəticə olaraq, sözügedən ərazidəki ağacın budanmasına qərar verilib və aidiyyəti qurum tərəfindən ağac budanıb, təhlükəli vəziyyət aradan qalxıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir