Cəmiyyət

Bakıda zəncirvari QƏZA: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində qeydə alınıb.

Qəza zamanı “Toyota Land Cruiser”, “Mercedes-Benz” və “Khazar” maralı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Mercedes-Benz” markalı avtomobildə olan üç nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətləri ağır qiymətləndirilir. “Toyota Land Cruiser”də olan bir nəfər də xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir