Cəmiyyət

Azərbaycanda son sutkada koronavirusa 34 yeni yoluxma qeydə alınıb – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 149 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 339 nəfərdir.

Ölkədə son sutka ərzində 965, hazırkı dövrədək isə 7 434 660 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir