Cəmiyyət

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

Sharing is caring!

Xaçmazda Sumqayıt sakini, 1962-ci il təvəllüdlü Əliyev İsmayıl Bəxtiyar oğlunun meyiti tapılıb.

“Report”un məlumatına görə, meyit şəhərin Bakı prospektində yeni inşa olunan, yaxın günlərdə açılışı gözlənilən marketin ərazisində tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, sözügedən ərazinin bir qismində tikinti işləri gedir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir