Cəmiyyət

Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs ələ keçdi

Sharing is caring!

Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində kustar üsulla tezalışan partlayıcı vasitələrin gizli şəkildə hazırlanmasını və satışını həyata keçirən Sadiq Qanbayev saxlanılıb.

Sadiq Qanbayevin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir