Cəmiyyət

Cəlilabadda yük avtomobilinin sürücüsü qadını vuraraq öldürdü

Sharing is caring!

Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb.

“Report”un məlumatına görə, Çünzəli kənd sakini Mərhəmət İsmayılov idarə etdiyi “Ford” tranzit markalı yük avtomobilini Göytəpə şəhəri ərazisindəki əkin sahələrindən birində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş torpaq yolda geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan Xəlilabad kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Bağırovanı vurub.

Qadın xəstəxanaya çatdırılsa da, çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir